7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Şanlıurfada baş verib.
Belə ki, çörək almaq üçün sırada gözləyən 2 nəfər arasında başlanan mübahisə qanla bitib.
Mübahisəyə hər 2 tərəfin qohumları qarışıb. Ov tüfəngi, bıçaq, daş və ağac parçalarından istifadə edilən davada 7 nəfər yaralanıb.
Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb. Baş verən hadisəyə görə 7 nəfər saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
7News.Az








