Londonun cənubundakı Cyordon əyalətində 10 gün əvvəl baş verən tramvay qəzası ilə bağlı yeni ehtimallar var.
7News.az xəbər verir ki, ehtimala görə, qəza sürücünün sükan arxasında yatdığına görə baş verib.
"The Sun"un aprel ayında çəkildiyi deyilən görüntülər əldə edilib .Görüntülərdə 65 km/saat sürətlə hərəkət edən tramvay sürücüsünün sükan arxasında yuxuya getməsi əks olunub.
33 saniyəlik video boyunca yuxulayan sürücünün düşdüyü görüntülər aprel ayında sərnişin tərəfindən mobil telefonla çəkilib.
Qeyd edək ki, noyabr ayının 9-da həmin rels üzrə hərəkət edən başqa tramvay qəzaya uğrayıb. Nəticədə 7 nəfər ölüb.
7News.az
Videonu izləmək üçün şəklə klikləyin:














