RU
7 rus hərbçi qaçdı
14:45
1208

7 rus hərbçi qaçdı

Separatçıların nəzarəti altında olan Ukraynanın Avdeyevka sənaye zonası rayonundan Rusiya Silahlı qüvvələrinin birinci ordu korpusunun 11-ci briqadasının yeddi hərbi qulluqçusu fərarilik edib.

7news.Az publika.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsinin məlumatında deyilir.

Həmçinin bildirilir ki, Ukrayna hərbçilərinə təslim olmaq istəyən fərarilərdən biri Rusiya zabiti tərəfindən öldürülüb.

Bundan başqa, kəşfiyyat qeyd edir ki, əhəmiyyətli itkilər Rusiya hərbi qulluqçularının mənəvi-psixoloji səviyyəsinə mənfi təsir göstərməkdə davam edir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ