RU
7 saylı cəzaçəkmə müəssisəsindən 8 nəfər azadlığa buraxıldı
13:50
241

7 saylı cəzaçəkmə müəssisəsindən 8 nəfər azadlığa buraxıldı

Əfv sərəncamının icrası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsində də davam etdirilib.

Sərəncam bu müəssisədəki məhkumlardan 14-nə şamil olunub.

Onlardan 8 nəfər azadlığa buraxılıb, 6 nəfərin isə cəzası azaldılıb.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam, ümumilikdə, 625 nəfərə şamil olunub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ