RU
7 yaşlı ölmüş oğul anasını sakitləşdirir - bu videonu görən ŞOKDA
22:45
660

7 yaşlı ölmüş oğul anasını sakitləşdirir - bu videonu görən ŞOKDA

Bu videonu 7 yaşlı oğlunu itirmiş ana Facebook səhifəsində yayandan sonra görüntülərə 26 milyon nəfər baxıb.

Videodakı səhnə inanılmazdır. Sanki vəfat etmiş oğul ağlayan anasını sakitləşdirməyə, onu toxtatmağa çalışır.

7news.Az milli.az-a istinadən bildirir ki, video Filippində çəkilib.

7 yaşlı oğlu Trebbinin dəfn mərasimində kilsədə oturmuş Coy Qanda Vibar-Alamares ağlayanda qəribə hadisə yaşanıb.

Trebbinin tabutunun yanına bağlanmış ağ şarlardan birinin ipi qəflətən qopub. Şar ahəstə şəkildə, havada pərvaz edərək Coya yaxınlaşıb. Coy təəccüblə şara baxıb və ona fikir verməyib.

Lakin şar qadının başı üzərində süzəndən sonra onun alnına, çiyinlərinə toxunmağa başlayıb. Hava şarı sanki Coyu sığallayır, onu sakitləşdirməyə və toxtatmağa çalışırdı.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ