7 yaşlı Yunika adlı qızın "inək gözlərində olduğu kimi kirpikləri" və "ördək səsi təki aydın səsi" olduğuna görə o, Nepalda canlı Tanrı elan olunub.
Nepallıların adətlərinə görə, "canlı Tanrı"nı səmadakı Tanrılar seçir, sonra seçimləri barədə insanlara məumat verirlər.
"Kumari" adlanan belə "canlı Tanrı"ya Nepaldakı buddistlərlə yanaşı, induistlər də sitayiş edirlər.

7News.Az AsiaOne-a istinadən bildirir ki, Nepal tanrının səmada yox, yerdə olduğu yeganə ölkədir. Nepallıların qədim inanclarına görə, Talecu tanrısı bakirə qıza reinkarnasiya edir və bu balaca qız Tanrının avatarına çevrilir.
Yalnız "32 mükəmməlik nişanəsi"nə malik qız Kumari seçilə bilər.
Kumarinin həyatı çox çətin olsa da, Nepalda hər qız bu statusu arzulayır. Nepalda eyni vaxtda 9-10 Kumari də ola bilər.
Kumari seçiləcək qız yaxşı nəsildən olmalıdır. Onun bədənində xallar, yaralar, vücudunda xəstəliklər olmamalıdır. "Canlı Tanrı" seçilən qız adətən 12 yaşına çatanda statusunu itirir, adi həyat yaşamağa başlayır.
Kumari seçilmiş qız üçün əlahiddə ev və otaq ayrılır, onun yanına bitmək bilməyən ziyarətlər başlanır.
"Seçim gecəsi" qızı qurban kəsilmiş öküzlərin və keçilərin kəsik başlarının yığıldığı otaqda səhərədək saxlayırlar.

Sonrakı illərdə Kumari otaqda tək yaşayır, onun hər sözü qulluqçular və xidmətçilər üçün qanun olur. Kumari yalnız qırmızı paltar geyinə bilər. Ayaqqabı ona yasaqdır. Kumariyə evdən çıxmaq qadağandır, onun ayaqları yerə dəyə bilməz. İl ərzində onu yalnız 13 dəfə, dini bayramlarda kəcavədə küçəyə çıxarırlar.
Nepalın yeni Kumarisinin seçimindən sonrakı mərasimə ölkənin baş naziri P.Dahal da qatılıb.
Patant şəhərinin sakini olan Yunika "Canlı Tanrı" seçiləndən sonra onun anası avtomatik olaraq qızın xidmətçisinə çevrilib.
Milli.Az














