RU
70 il evli olan cütlük eyni gündə dünyadan köçdü
13:10
446

70 il evli olan cütlük eyni gündə dünyadan köçdü

ABŞ-ın Miçiqan ştatı, Cekson şəhərində 70 il evli olan cütlük eyni gündə dünyasını dəyişib.

"The Sun”ın məlumatına görə, Les və Freda Austinlər məktəbli olduqları zamandan tanış olublar.

Nəvələri Leah Smitin dediyinə görə, onlar yalnız bir dəfə, Les Fredaya demədən Koreya müharibəsi dövründə hərbi xidmətə yazılanda mübahisə ediblər.

Noyabrda evliliklərinin 70 illiyini qeyd edən 90 yaşlı cütlük eyni gündə 20 dəqiqə fərqi ilə dünyadan köçüblər.

Onların iki övladı, dörd nəvəsi, səkkiz nəticəsi qalıb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ