ABŞ-ın məşhur aparıcısı Stephen Colbert tolk şousuna Helen Mirreni qonaq dəvət edib.
7News.az xarici KİV-ə istinadən xəbər verir ki, “Oskar” mükafatçısı canlı yayımda gözlənilməz addım ataraq hər kəsi təəccübləndirib.
Belə ki, Colbert səhnəyə Mirreni dəvət edib. Aktrisa əvvəlcə aparıcı ilə salamlaşıb, daha sonra onun dodağından öpməyə başlayıb.
Aparıcı 70 yaşlı Helenin öpüşündən sonra özünü itirməyə başlayıb. Mirren bunu 15 ildir etmək istədiyini və bu gün də şansını sınadığını söyləyib.
Colbert isə “sənə nə sual verəcəyimi unutdum”,-deyərək cavab verib.








