7NEWS.az xəbər verir ki, Yaponiya dövlət televiziyası NHK-nin xəbərinə görə, Yaponiya Meteorologiya Agentliyi (JMA) səlahiyyətliləri, ölkənin Sakit okean sahillərində baş verə biləcək "böyük zəlzələ" üçün verilən xəbərdarlığın etibarlı olduğunu açıqlayıb. Yer qabığının gərginliyində indiyədək qeyri-müntəzəm dəyişikliyin müşahidə olunmadığını bildirən səlahiyyətlilər, 29 ştatda 707 bələdiyyədən mümkün fəlakətə hazırlıqlarını yoxlamağı xahiş ediblər.
7NEWS.az








