Türkiyənin Antalya şəhərində 71 yaşlı arvadını qətlə yetirən 83 yaşlı ailə başçısı, ömürlük azadlıqdan məhrum edilib.
83 yaşlı Ali Erdenk həyat yoldaşı Zelihanın telefonda başqa kişiylə danışdığını iddia edib. Onun iddialarına görə, naməlum şəxs qadına bir yerdə yaşamağı təklif edib. Bu üzdən Zeliha ərinə boşanmaq istədiyini deyib. Nəticədə tərəflər arasında ciddi mübahisə yaşanıb.
Əsəblərinə hakim ola bilməyən ailə başçısı, qısqanclıq zəmnində həyat yoldaşını boğub. Qadın xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə bir müddət əvvəl baş versə də, cinayət hadisəsi ilə bağlı məhkəmə prosesi yalnız indi yekunlaşıb.
7News.Az










