Bakıda evində yıxılan şəxs xəstəxanada ölüb.
Hadisə Xəzər rayonunda baş verib.
Zirə qəsəbəsinin sakini, 1944-cü il təvəllüdlü Faiq Əliyev evində yıxılıb. Baş nahiyyəsinin əziyi diaqnozu ilə 3 saylı Sabunçu Xəstəxanasına yerləşdirilən F.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma nəticəsində məlum olub ki, 71 yaşlı F.Əliyev yaşadığı evdə araq içərək, sərxoş olub və yıxılaraq başını əzib./musavat
7news.az








