Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində bir nəfər dənizdə (nəzarətsiz ərazi) batıb.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1947-ci il təvəllüdlü Həsənov Nizami Əbülfət oğlunun meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, bu gün dənizdən 16 yaşlı qızın da meyiti çıxarılıb.








