Sosial şəbəkələrdə yayılan video etirazlara səbəb olub.
Sosial şəbəkələrdə dəvəquşularla bağlı yayılan video heyvansevərləri ciddi şəkildə narahat edib.
Videoda sürücünün 75km/saat sürətlə hərəkət edən avtomobili ilə dəvəquşuların üstündən keçməsi əks olunub.
Kadrlar Avstraliyada çəkilib. Videoda quşlara "qətliam" törədən şəxs 20 yaşlı fermer Jakob MakDonalddır.
O, əməlinə görə peşman olduğunu etiraf edib. Heyvansevərlər onun cəzalandırılmasını tələb edir.
7News.Az










