Çinin Hunan əyalətinin Çanşa şəhərində 760 metrlik köhnə körpü cəmi 10 saniyə ərzində partladılıb.
Həmin anın görüntülərini "New China TV" dərc edib.
Məlumata əsasən, dəfələrlə təmir olunan körpü istismar müddəti bitdiyi və təhlükəli hesab olunduğu üçün məhv edilib.
Qeyd olunur ki, yaxınlıqda nəqliyyat vasitələrinin hərəkəti üçün tikilən yeni körpü də artıq istifadəyə verilib.
7News.Az








