RU
77 yaşlı piyadanı vurub hadisə yerindən qaçdı
23:08
366

77 yaşlı piyadanı vurub hadisə yerindən qaçdı

Tovuzda piyadanı avtomobil vurub.

Hadisə rayonun İbrahimhacılı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1939-cu il təvəllüdlü İsfəndiyar Abbasov yolu keçmək istəyərkən hələlik markası məlum olmayan avtomobil tərəfindən vurulub. Qəzanı törədən sürücü avtomobili ilə hadisə yerindən qaçıb.

Piyada Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona sağ baldırın sınığı diaqnozu qoyulub.

Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır./apa

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ