RU
77 yaşlı qadın sirkə turşusundan zəhərləndi
00:56
316

77 yaşlı qadın sirkə turşusundan zəhərləndi

Qaxda 77 yaşlı qadın sirkə turşusundan zəhərlənib.
7news.az APA-ya istinadən bildirir ki, Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, oktyabrın 15-i axşam saat 18 radələrində rayonun Əlibəyli kənd sakini, 1938-ci il təvəllüdlü Güldan Nosu qızı Darxaşvili zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 77 yaşlı Güldan Darxaşvili mərhum qardaşının il mərasimi keçirilən məclisdə araq əvəzinə bilməyərək sirkə turşusu qəbul edib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Güldan Darxaşviliyə lazımi tibbi yardım göstərilib, vəziyyəti hazırda orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ