RU
7News.az reportaj hazırladı, tədbir görülmədi, bina partladı
10:46
4639

7News.az reportaj hazırladı, tədbir görülmədi, bina partladı

7News.az informasiya portalı olaraq bir neçə ay öncə "Binəqədidə daha bir bina təhlükədə" başlığı ilə fotoreportaj yayımladıq.

Məlumatda qeyd olunurdu ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5057/68 bina 2-də ciddi təhlükə sakinləri narahat edir.

Belə ki, yüksək gərginlikli elektrik ötürücüləri blokda təhlükəli şəkildə yerləşdirilməsi sakinlərin haqlı narazılığına səbəb olmuşdu. Bundan başqa naqillər tam sıradan çıxmış vəziyyətdə, “Allah umuduna” işləməsi tez bir zamanda faciənin baş verməsini qaçılmaz edirdi.

Reportajdan bəzi fotoları təqdim edirik:
 
 
Dünən axşam redaksiyamıza daxil olan məlumat bizi bərk sarsıtdı.

Belə ki, blokda yerləşən təhlükəli elektrik naqilləri partlayıb.

Məlumatda qeyd olunur ki, insanlar panika içində küçəyə axışıblar.

Xəsarətlər barədə dəqiq məlumat verilməsə də, bir nəfərin vəziyyətinin ağır olduğu, xəstəxanaya yerləşdirildiyi bildirilir.

Məlumat yenilənəcək.
 
7News.az
 
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ