63 yaşlı amerikalı aktyor Alek Bolduin 8-ci dəfə ata olacaq.
Bu barədə onun həyat yoldaşı Hilariya sosial şəbəkədə məlumat verib.
"Yeni uşaq – bizim həyatımızda çox parlaq hadisədir”, - o yazıb.
Qeyd edək ki, Alek və Hilariya 2012-ci ildən ailəlidirlər. Aktyorun daha əvvəlki evliliyindən Ayrlend adlı qızı var.
Xatırladaq ki, A. Bolduin bir müddət əvvəl film çəkilişində operatorla rejissoru güllələməsi ilə gündəmə gəlmişdi.











