RU
8 yaşlı oğlan göldə batıb
10:20
441

8 yaşlı oğlan göldə batıb

Masallıda 8 yaşlı oğlan göldə batıb.

7news.Az  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mahmudavar kəndində qeydə alınıb. Kənd sakini  2009-cu il təvəllüdlü  Elməddin Abdul oğlu Abdullayev yaşadığı evin yaxınlığında kiçik bir göldə, valideynlərindən xəbərsiz çimmək istəyib. Göl dərin olduğundan o, orada batıb. Qardaşının hadisə barədə dərhal valideynlərinə xəbər verməsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Azyaşlının meyiti yaxınları tərəfindən sudan çıxarılıb.

Fakt araşdırılır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ