Paytaxtda evdən oğurluq edənlər tutulub.
Bu barədə DİN məlumatında deyilir. Belə ki, dekabrın 24-də Sabunçu rayonunda yaşayan Vidadi Hüseynovun evindən pəncərədən girmək yolu ilə məişət əşyaları və dəmir seyfdən qapısı sındırılaraq 80 min manat dəyərində qızıl əşyalar oğurlanıb.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Yevgeniy Şepiya və Xalid Gülməmmədov tutulublar./azvision
7news.az








