"Toxunmayın mənə! Rəhm edin, öldürməyin! Mən cadugər deyiləm!"
Elektrik dirəyinə dırmaşan 80 yaşlı qarı ağlayır, qışqırırdı. Bəxtindən onu elektrik vurmayıb və hadisə yerinə gəlmiş polislər qadını intihar fikrindən daşındırıblar, onun aşağı enməsinə nail olublar.
7News.az NBC-yə istinadən bildirir ki, olay Nigeriyada baş verib. Cadugərlikdə suçlanan qadın intihar etmək üçün elektrik dirəyinə dırmaşıb. Lakin elektrik həmin vaxt kəsildiyindən qadın ölməyib.
Nigeriyada cadu-pitiyə inam geniş yayılıb. Məsələn, ölkənin cənub-şərqindəki İbibio bölgəsində yaşayanların fikrincə, cadugər qadınlar insanı yoxsulluğa düçar etməyi, zərər verməyi, habelə öldürməyi bacarırlar.
7News.az











