RU
82 yaşlı şair öldü
20:30
1009

82 yaşlı şair öldü

Kanadalı məşhur yazıçı, şair və bəstəkar Leonard Koen 82 yaşında dünyasını dəyişib.


7News.az-ın xarici KİV-ə istinadən məlumatına görə,sənətkarın "Facebook" hesabında: "Dərin bir kədər ilə əfsanəvi şair, bəstəkar və sənətçi Koenin vəfat etdiyini bildiririk. Musiqi dünyasının ən hörmətli və məhsuldar sənətçilərindən birini itirdik” , - cümlələri qeyd olunub.

Leonard Koeninölüm səbəbi haqqında isə məlumat verilməyib.

Xatırladaq ki, Leonard Norman Koen 21 Sentyabr 1934-cü ildə Kanadada, Montrealda dünyaya gəlib. Yazar, şair, və musiqiçi kimi tanınan Koen ilk şeir kitabını 1956-cı ildə, ilk romanını isə 1963-cü ildə nəşr etdirib. Koen Avropa pop musiqisinə söykənən ilk işlərinin ardından, din, təklik, cinsəllik və insanlararası əlaqələr kimi mövzular da işləyirdi. Kanadanın şərəf medalı sahibi olanLeonard 2008-ci ildə "Rock and Roll Hall of Fame”də adını ən güclü mahnı müəllifləri sırasına yazdırıb. Qremmi mükafatı laureatıdır.

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ