RU
85 yaşlı qadın yanaraq ölüb
10:29
475

85 yaşlı qadın yanaraq ölüb

Astarada yanğın hadisəsi qeydə alınıb.

7News.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Qamışovka kəndində vətəndaşa məxsus ümumi sahəsi 135 m2 olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 115 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər ev sahibi 1931-ci il təvəllüdlü İsgəndərova Nərgiz Ağahüseyn qızının meyitini aşkar edərək aidiyyatı üzrə təhvil veriblər.

Evin qalan hissəsi və yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub.

Yanğın saat 22:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ