Oğuzda 87 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə rayonun Qumlaq kəndində baş verib. Kənd sakini, 1935-ci il təvəllüdlü Zeynəddin Ağəmmədov yaşadığı evin dam örtüyünü təmir etmək istəyən zaman ehtiyatsızlıqdan yıxılıb. Ağır xəsarət alan 87 yaşlı Z.Ağəmmmədov hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır./qafqazinfo








