RU
9 il əvvəl ərini öldürüb kolluğa atan qadının məhkəməsi başlayır
22:00
1071

9 il əvvəl ərini öldürüb kolluğa atan qadının məhkəməsi başlayır

Neftçala rayonunda qisqanclıq zəmnində həyat yolfaşını qətlə yetirməkdə təqsirli bilinən Dilşad Mənəfovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

7NEWS.Az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Əliyevin icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası oktyabrın 8-nə təyin olunub.

Qeyd edək ki, 2013-cü il fevralın 9-daNeftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümüş vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmayıb.

Peşəkar prokurorluq, polis və DTX-nin əməkdaşlarından ibarət olan istintaq-əməliyyat qrupunun keçirdiyi kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə müəyyən edilibki, zərərçəkmişin arvadı Dilşad Mənəfova2012-ci il dekabrın 27-dəbirgə yaşadıqları evdə olarkən saat 21 radələrində əri Mayis Mənəfov ilə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı sonuncunu öldürmək qərarına gələrək sərxoş vəziyyətindən istifadə edib mətbəx bıçağı ilə onun kürək nahiyəsinə zərbə vuraraq qəsdən öldürüb, daha sonra törətdiyi cinayəti gizlətmək məqsədilə qardaşlarının köməkliyi ilə dekabrın 28-nə keçən gecə qonşuların yatmasından və ətrafda heç kimin olmamasından istifadə edib meyiti avtomobil ilə daşıyaraq qəbirstanlığın yanındakı kolluq əraziyə atıb.

2021-ci il iyulun 12-də Dilşad Mənəfova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 
 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ