RU
9 toyda monitorinq: 23 nəfər qapının ağzında qaldı
14:40
346

9 toyda monitorinq: 23 nəfər qapının ağzında qaldı

Avqustun 30-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 9 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən (DİN) 7News.Az-a verilən məlumata görə, monitorinq 4 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 23 nəfər "COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ