Mərakeşli Sidi Süleymanın başına gələnlər bütün xarici media orqanları tərəfindən işıqlandırılıb. 9 uşaq atası olan 55 yaşlı Sidi Süleyman bir gün ümumi müayinədən keçmək üçün həkimə gedəndə dəhşətə gəldi. Həkimlər hər şeyin normal olduğunu, lakin onun heç bir zaman ata ola bilməyəcəyini, sonsuz olduğunu söylədilər.
Bundan sonra məlum oldu ki, Sidi Süleymanın həyat yoldaşı ömrü boyu ərinə xəyanət edib, üstəlik dünyaya gətirdiyi 9 övladının atası olaraq da Sidi Süleymanı göstərib. Müsəlman ölkəsi olan Mərakeşdə bu kimi halların cəzası boşanmadır. Sidi Süleyman məhkəməyə müraciət edərək atalıq hüququndan imtina edib. O indi öz həyatını yaşamaq arzusundadır. 9 uşaqlı, ömür boyu ərini aldadan qadın isə bundan sonrakı ömrünü həbsxanda keçirəcək.
7news.Az








