7NEWS.az xəbər verir ki, ABŞ-da aparılan hərtərəfli araşdırma, erkən yaşda sosial mediadan istifadə etməyə başlayan uşaqların yeniyetməlik dövründə depressiya əlamətlərinin artmasına səbəb ola biləcəyini ortaya qoydu. Kaliforniya Universitetinin alimləri tərəfindən aparılan araşdırmada sosial medianın uşaqların psixi sağlamlığına təsiri araşdırılıb.








