RU
9 yaşlı qızı zorla qaçırmaq istədilər: Avtomobilə mindirib... - VİDEO
15:50
494

9 yaşlı qızı zorla qaçırmaq istədilər: Avtomobilə mindirib... - VİDEO

Küçükçəkmədə 9 yaşlı qızı sürüyərək zorla avtomobilə mindirib qaçırmaq istədilər. 

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qaçırmaq istədikləri qızın anasının qışqırıq səsini eşidən şübhəlilər uşağın əlindəki telefonu alaraq qaçıb.

İddiaya görə, 9 yaşlı F.Ç evlərinin önündə oynayan zaman qarşısını bahalı avtomobil kəsib. Avtomobildə olan kişi azyaşlının biləklərindən tutaraq sürüyə-sürüyə zorla avtomobilə mindirməyə çalışıb. Bu zaman 9 yaşlı qız qışqıraraq kömək istəyib. Azyaşlının qışqırıq səsindən özünü itirən şübhəli onun əlindəki telefonu alaraq hadisə yerindən uzaqlaşıb. 

F.Ç-nın anası mətbuata açıqlamasında Gülsərən.Ç bildirib ki, hava almaq üçün evin qarşısına çıxıb:

"Bu zaman hələ körpə olan oğlum qucağımda idi. Bu zaman oğlumun əlindəki top yerə düşüb bizdən uzaqlaşmağa başladı. Qızım topu tutmaq üçün onun arxasınca qaçmağa başladı. Anidən bahalı avtomobil qızımın qarşısını kəsərək onu sürüyərək zorla avtomobilə mindirməyə çalışdılar. Qızımı 5-10 metr yerdə sürüdülər. Qızımı qaçırırlar deyib qışqıraraq onun yanına qaçdım. Məni görüb avtomobildəki şübhəli şəxslər qızımın əlindəki telefonu götürüb uzaqlaşmağa başladı".

Hadisə ilə bağlı araşdırma başlanılıb. Azyaşlını qaçırmaq istəyən şübhəlilərin axtarışları davam edir. 

Aysel Yusifqızı

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ