RU
9 yaşlı uşaq benzindən alışdı
19:49
506

9 yaşlı uşaq benzindən alışdı

İmişlidə 9 yaşlı oğlan ocaq üstünə benzin tökərkən yanıb.

Hadisə rayonun Mirili kəndində baş verib. Həmin kəndin sakini, 1996-cı il təvəllüdlü Kənan Filman oğlu Yusifov ocaq üstünə benzin tökərkən ehtiyatsızlıqdan yanıb.

Döş qəfəsində yanıq xəsarəti alan uşaq dərhal Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım göstərildikdən sonra K.Yusifov cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti ağır olaraq qalır./Report

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ