21 apreldə Kür çayında batan 9 yaşlı Əhmədov Şükür Fəxrəddin oğlunun cəsədi tapılıb.
7news.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində Şirvan su kanalında (ən yaxınlıqdakı məntəqədən 6 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. 2007-ci il təvəllüdlü, Şükür Əhmədovun cəsədi batdığı yerdən 5 km aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilibş
Əməliyyat saat 14:59-da başa çatıb.
7news.Az








