Klinik.media xəbər verir ki, 90 yaşlı pasiyent mütəmadi olaraq Rəhimə Atəş Fizioterapiya və Reabilitasiya Mərkəzinə müraciət edərək fizioterapiya müalicə kursları alıb. Müalicə prosesini uğurla başa vuran pasiyent əldə etdiyi nəticələrdən məmnun qaldığını bildirib.
Pasiyentin sözlərinə görə, müalicədən sonra onu narahat edən bir sıra şikayətlər əhəmiyyətli dərəcədə azalıb, ümumi səhhətində müsbət dəyişikliklər müşahidə olunub və özünü əvvəlki dövrlərlə müqayisədə daha gümrah hiss etməyə başlayıb. O, göstərilən tibbi xidmətin nəticələrindən razı qaldığını vurğulayaraq, "Özümü yenidən həyata qayıtmış kimi hiss edirəm”, – deyə qeyd edib.
Pasiyent eyni zamanda həkimin peşəkar yanaşmasını və xəstələrə göstərdiyi diqqəti xüsusi qeyd edib. Onun sözlərinə görə, sıx iş qrafikinə baxmayaraq, həkim hər bir pasiyentə eyni həssaslıq, qayğı və məsuliyyətlə yanaşır. Bu yanaşma isə müalicə prosesinə olan etimadın daha da möhkəmlənməsinə töhfə verir.








