RU
91 yaşlı qadına zor tətbiq etdi - Dəhşətli cinayətin təfərrüatı
13:20
296

91 yaşlı qadına zor tətbiq etdi - Dəhşətli cinayətin təfərrüatı

Keçmiş məhkuma 91 yaşlı qadına qarşı quldurluq etdiyi üçün cinayət işi başlayıb.

7News.Az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Məmiyev Akif Yəhyə oğlunun məhkəmə prosesinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılov sədrlik edəcək. 

2019-cu ilin dekabr ayında əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü Məmiyev Akif Yəhya oğlu, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 23, mənzil 17-də yaşayan tanışı, 1928-ci il təvəllüdlü Ofiserova Lidiya Vasiliyevnaya zor tətbiq edərək evdə olan pul və qızıl əşyalarını tələb edib.

L.Ofiserova ona qarşı müqavimət göstərdiyi üçün A.Məmiyev hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məmiyev tutulub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ