ABŞ-da 1970-2005-ci illər arasında 93 kişini öldürən qatil Samuel Little 80 yaşında həyatını itirib.
7News.Az xəbər verir ki, məşhur qatil 2014-cü ildən Kaliforniya həbsxanasında saxlanılırdı. O, şəkərli diabet və ürək xəstəliyindən əziyyət çəkib, ölüm səbəbi isə yarılma sonrası müəyyən ediləcək.
Qeyd edək ki, Samuel Little həbsindən sonra 93 nəfəri öldürdüyün iddia edib. Araşdırma nəticəsində 60-dan çox cinayətdə, həqiqətən, onun əli olduğu müəyyənləşib. Onun qurbanları daha çox seks işçiləri, narkomanlar və yoxsul insanlar olub.
7News.Az








