1 milyon dollarlıq büstqalteri geyinəcək mələyin adı açıqlanıb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, bu il dekabrın 2-sində "Viktoriya Sekret"in hər il baş tutan alt geyimlərinin nümayişi keçiriləcək. Gecənin ən maraqlı məqamı isə şouda 1 milyon dollarlıq büstqalterin təqdim edilməsi olacaq. Bahalı büstqalteri "Sekret"in məşhur modellərindən biri Elza Hosk nümayiş etdirəcək.
2015-ci ildən Viktoriya Sekretin mələyi olan 29 yaşlı isveçli model Elza Hosk bahalı "svarovski" qaşlarıyla bəzədilmiş alt geyimində şouya çıxacaq.
930 saatda hazırlanan və üzərində 2100 "svarovski" qaşları olan büstqalterin qiyməti 1 milyon dollardır.
Qeyd edək ki, bu büstqalter "Viktoriya Sekret"-in şousunda təqdim edilən ən ucuz alt geyimidir. Keçən il təqdim edilən büstqalterin qiyməti isə 2 milyon dollar idi.

7News.Az