"Biz Ermənistanla Azərbaycan arasında konstruktiv dialoqun bərpa olunmasını istəyirik”.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
Onun sözlərinə görə, ABŞ əvvəllər olduğu kimi, indi də üçtərəfli formatı davam etdirməyə hazırdır: "ABŞ dövlət katibinin Qafqaz üzrə baş məsləhətçisi Filipp Riker təqaüdə çıxıb. Amma Dövlət Departamentində prosesdə dərindən iştirak edən insanlar var. Onlardan biri də dövlət katibi Entoni Blinkenin özüdür”./report
7NEWS.Az








