RU
Ağ Ev ələ keçirilən İran mərmilərinin Ukraynaya göndərildiyini təsdiqlədi
11:30
138

Ağ Ev ələ keçirilən İran mərmilərinin Ukraynaya göndərildiyini təsdiqlədi

ABŞ İrandan ələ keçirdiyi 1,1 milyon güllənin Ukraynaya göndərildiyini təsdiqləyib. 7NEWS.az xəbər verir ki, Ağ Evin sözçüsü Karine Jean-Pierre gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qətnaməsini pozaraq, İranın Yəməndəki husi milislərinə göndərdiyi düşünülən 1,1 milyon güllənin dekabr ayında ABŞ tərəfindən ələ keçirildiyini xatırladan Jan-Pier, bu sursatların Ukraynaya verildiyini təsdiqlədi. 7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ