ABŞ dövlət katibi Entoni Blinken İordan çayının qərb sahilində yəhudi məskunlaşmalarına və ilhaqına qarşı çıxacaqlarını bildirib.
O bunu "J Street” hüquq müdafiə təşkilatının illik konfransında çıxış edib.
"Yəhudilər məskunlaşmaların genişləndirilməsi, İordan çayının qərb sahili olan Qərbi Şerianın ilhaqına, müqəddəs yerlərin tarixi statusunun pozulmasına, evlərin dağıdılaraq, insanların təxliyə edilməsinə, zorakılığa təhrik edilməsində ikidövlətli həll yolunu sarsıdacaq bütün hərəkətlərə qarşı çıxacağıq”, - Blinken qeyd edib.
O həmçinin Fələstin Administrasiyasını qanunun aliliyi, şəffaflıq və hesabatlılığı gücləndirməyə çağırıb və əlavə edib: "İsrailin davamlı sülhə olan ümidlərini həyata keçirmək üçün addımlar atmaq məsuliyyətinə malik olduğuna inandığımız üçün Fələstin Administrasiyası da əsl tərəfdaş iradəsinin olduğunu nümayiş etdirməlidir”./olke
7NEWS.Az








