ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə növbəti dəfə 2019-cu ildə görüşməyi planlaşdırır.
7news.Az "Reuters”ə istinadla xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton bildirib.
"Prezident inanır ki, yüksək səviyyədə ikitərəfli görüş Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsinə dair araşdırma başa çatdıqdan sonra, 2019-cu ildə baş tuta bilər”, - Bolton deyib
Qeyd edək ki, iyulun 19-da Donald Tramp Con Boltona Rusiya prezidentini Vaşinqtona dəvət etməyi tapşırıb.
İki ölkə liderlərinin tam formatda ilk görüşü iyulun 16-da Helsinkidə baş tutub. Prezidentlər arasında qapalı rejimdə söhbət 2 saat davam edib.
Həm Putin, həm də Tramp danışıqlara yüksək qiymət veriblər.
7news.Az








