7NEWS.az xəbər verir ki, ABŞ və İngiltərə mətbuatında Rusiyanın "nüvə peyk əleyhinə silahı kosmosda yerləşdirmək planı var” iddialarını təsdiqləyən Kirbi, ABŞ kəşfiyyat rəsmilərinin Rusiyanın bu qabiliyyəti əldə etdiyinə dair məlumatlara malik olduğunu, lakin belə bir silahın hazırda işlək olmadığını bildirib. . Kirbi, ABŞ rəsmilərinin ortaya çıxan texnologiya ilə bağlı əllərində olan məlumatları təhlil etdiklərini və bu mövzuda müttəfiqləri və ortaqları ilə məsləhətləşdiklərini ifadə edərək, "Rusiyanın bu xüsusi qabiliyyətin arxasınca getməsi narahatlıq doğursa da, heç kimin təhlükəsizliyi üçün təhdid deyil."-dedi.
7NEWS.az








