RU
Ağ evdə qorxulu anlar
09:31
722

Ağ evdə qorxulu anlar

Ağ evə yaxınlaşmağa cəhd edən naməlum şəxs təşvişə səbəb olub.

ABŞ prezidenti Barak Obama və ailəsi Ağ evdə “Şükran” bayramını qeyd edərkən rəsmi iqamətgahda qorxulu anlar yaşanıb. Həyət məhəccərlərini aşaraq Ağ evə yaxınlaşmağa cəhd edən naməlum şəxs təşvişə səbəb olub. Çiyninə Amerikan bayrağı bağlayan və əlində qovluq olan şübhəli şəxs Ağ evə çatmadan xüsusi xidmət orqanı əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə zamanı Barak Obamanın həyat yoldaşı Mişel Obama, qızları Saşa və Malia Obamalar da Ağ evdə olublar.

İnsidentdən sonra Ağ evdə giriş və çıxışlar bir müddət məhdudlaşdırılıb. Bir anlıq təşviş yaşayan xüsusi xidmət orqanı əməkdaşları bir müddətliyə Ağ evin ətrafında olan insanları bu yerdən uzaqlaşdırıblar.

Faktla bağlı istintaq başladılıb və şübhəli şəxsin, hansı səbəbdən Ağ evə girməyə cəhd etməsinin öyrənilməsi üçün dindirlməsi aparılır.

Analoji hadisələr daha əvvəl də Ağ evdə dəfələrlə baş verib./anspress

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ