RU
Ağ Evin siyahısına səhvən şotlandiyalının adı daxil edilib
16:04
317

Ağ Evin siyahısına səhvən şotlandiyalının adı daxil edilib

Böyük Britaniyadan olan şotlandiyalı Stiv Bennon "Twitter”də təsadüfən Ağ Evin üzvləri siyahısına düşüb. 

Bu barədə "Fox News” məlumat yayıb. 

Ağ Evin rəsmi hesabında əməkdaşlardan və ya prezident ailəsinin üzvlərindən ibarət siyahı dərc edilib. Böyük Britaniyadan olan istifadəçini, çox güman ki, Amerika prezidenti Donald Trampın baş müşaviri və onun adaşı olan Stiv Bennon ilə səhv salıblar. 

Hesabda onun Britaniya mənşəli olması ilə fəxr edən şotlandiyalı olduğu bildirilir, amma bu moderatorlara təsadüfi adamı siyahıya daxil etməkdən saxlamayıb. 

Bennon bütün gün Trampın siyasətçini Milli Təhlükəsizlik Şurasına daxil edilməsinə dair qərarına qəzəblənən amerikalıların mesajlarına cavab verməli olub. Onun sözlərinə görə, qəzəbini ifadə etmək üçün hesabının örtük şəklinə "Stivləri səhv salmayın” yazısı olan foto qoyub.  

Əminlik üçün o, hesabında "Mənim ABŞ siyasətinə aidiyyətim yoxdur və mən Ağ Evdə işləmirəm” yazıb. /oxu.az

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ