19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Bu barədə AFFA-dan məlumat verilib.
Almaniyada təşkil olunmuş turnirin iyulun 24-də, Sinsheim şəhərindəki “Rhein-Neckar-Arena”da keçiriləcək final qarşılaşmasında Fransa və İtaliya yığmaları qarşılaşacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq./report
7News.Az








