Bir çoxları üçün lazımsız olan ağaclardan bu cür sənət əsərləri yaratmaq heç də asan məsələ deyil.
Masallının İsgəndəri kənd sakini 22 yaşlı Aqil Süleymanlı deyir ki, bu sənət əsərlərini yaratmaq üçün yüz ölçüb, bir biçməlisən. Bir də sözsüz ki, əl işinə görə ağacın seçilməsidir: “Əsasən razdağ ağacı, qoz ağacı, bir də palıd ağacı bunlardan istifadə edirəm”.

Müsahibimiz müsahibəsində deyir ki, bütün aksessuarlarını hazırlamadan əvvəl kompüter vasitəsi ilə onu dizayn edir, daha sonra oymağa başlayır. Aqil ilk işini ərsəyə gətirmək üçün 5 gün vaxt sərf edib: “Burda qoz ağacı, fındıq ağacı və əncir ağacı var. Diqqət lazımdır bunun üçün. Bəlkə də asan görünə bilər, amma asan bir şey deyil”.

22 yaşlı sənətkarın hələ tamamlamadığı işlər də var. Bu işlər içərisində ən maraqlısı Azərbaycanın xəritəsidir: “İki ağacı bir-birinə birləşdirmişəm. Burda adları da qeyd edəcəm hamısını bir-bir”.

Usta deyir ki, bədii oyma sənətinə yeni başladığı üçün hələlik kənd sakinləri ilə yanaşı, qohumları sənət əsərləri ilə maraqlanır. İşlərin qiymətinə gəlincə, bu rəqəm 10-150 manat arasında dəyişir./atv.az
7News.Az








