RU
Ağadadaş Ağayevdən növbəti dollar
10:17
1156

Ağadadaş Ağayevdən növbəti dollar

“Bizim torpağımızda olan bərəkət dünyanın heç bir yerində yoxdur”.

Elə bil dolları Ağadadaş yüksəldib. 

Bu sözləri xalq artisti Ağadadaş Ağayev deyib. 

“Hər şey daxil” verilişinə qonaq olan ifaçı bir neçə gün öncə söylədiyi “Dolların qalxması məni sevindirir” sözlərinə münasibət bildirib: 

“Dolların yüksəlməsini, burada istifadə olunmasını istəməyənlərdən biri də mənəm. İstəmirəm biz bu valyutaya bağlı olaq. 

Hamımızın problemi yaranıb. İnşallah ötüb keçəcək. Bizim torpağımızda olan bərəkət dünyanın heç bir yerində yoxdur. Bu problemi Amerika yaradıb. Hər ölkə də öz içində mücadilə aparır.

Bunu bu qədər şişirtmək lazım deyil. O sözü demişəmsə də, düz etmişəm. Mahiyyəti bilib, münasibət bildirsinlər. Yazını görmədən, başlığa baxıb fikir yazmasınlar”. /lent

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ