RU
Ağalarov Trampı təriflədi
22:00
887

Ağalarov Trampı təriflədi

Azərbaycanlı bəstəkar-müğənni, tanınmış iş adamı Emin Ağalarov ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə real namizəd olan Donald Trampın İndiana ştatında ilkin seçkilərdə qalib gəlməsinə münasibət bildirib. 

7News.Az xəbər verir ki, Emin Ağalarov sosial şəbəkədəki hesabında Donald Trampla birgə şəkillini paylaşaraq onunla bağlı fikirlərini qeyd edib:

“O, demişdi: əgər mən namizədliyimi irəli sürsəm, böyük ehtimalla qalib gələcəyəm. Bu adam heç vaxt uduzmur. Biz bunu onda da bilirdik və indi də buna əminik. Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi irəli sürülməsi münasibəti ilə Donald Trampı təbrik edirəm! İnanılmaz xəbərdir!, - deyə Emin yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ