RU
Çağatayla sevgili olduğu deyilən Şeymadan bu barədə ilk açıqlama - FOTO
11:50
646

Çağatayla sevgili olduğu deyilən Şeymadan bu barədə ilk açıqlama - FOTO

Ötən gün Türkiyənin TV8 kanalının rəhbəri Acun Ilıcalı ilə Şeyma Subaşı boşanıb.

7News.Az haberler-ə istinadla xəbər verir ki, 8 dəqiqə keçən məhkəmədə cütlük 9 illik evliliklərini bitirib.

Onların ayrılığına səbəb kimi Şeyma ilə Çağatay Ulusoyun münasibəti göstərilirdi. İddialara görə, aylar əvvəl Şeyma Subaşı Çağatay Ulusoyla klubların birində əyləndikdən sonra onun evinə gedərkən görüntülənib. Acun isə həmin xəbərin mətbuatda işıqlandırılmasına mane olub.

 

Şeyma Subaşı bu gün şəxsi Instagram hesabının "story" bölməsində şayiələrlə bağlı açıqlama yayıb. İddiaları yalanlayan Şeyma bildirib ki, bu, böhtandan başqa bir şey deyil. O, Çağatayla uzun müddətdir dost olduqlarını statusunda qeyd edib.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ