RU
Abbas Abbasovun qardaşı azadlıqda
22:13
775

Abbas Abbasovun qardaşı azadlıqda

Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun həbs altında saxlanılan qardaşı Nadir Abbasov bu gün azadlığa buraxılıb.

Abbas Abbasov bir neçə gün əvvəl Azərbaycan prezidenti İlham Əliyevə məktub yazaraq bağışlanmasını xahiş edib.

Sayt yazdığına görə, A.Abbasov dövlət başçısını əmin edib ki, o, bir daha Azərbaycan əleyhinə yönəlik siyasi oyunlara qoşulmayacaq.

Xatırladaq ki, Nadir Abbasov bu il iyunun 26-da Beynəlxalq Bank və qaytarılmayan kreditlər işi ilə bağlı DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı./virtualaz

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ