RU
Abdin Fərzəliyevin mer olmaq arzusuna ALTUN əngəllər
17:00
1380

Abdin Fərzəliyevin mer olmaq arzusuna ALTUN əngəllər

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin meri uğrunda həmişə mübarizə olub və bundan sonra da olacağı şübhəsizdir. Bakının rəhbəri olmaq üçün hakimiyyətiçi qruplaşmaların maraqları da mövqe baxımından toqquşub. Ölkə paytaxtının hazırkı meri Hacıbala Abutalıbov hakimiyyət dairələri üçün hər nə qədər sədaqətli biri olsa da, yaşının çoxluğu səbəbindən postunu tərk etməsi zərurəti yaranıb. Qeyd edək ki, Bakı merliyi üçün mübarizə aparan hakimiyyətiçi qruplaşmalar bu dəfə də yaranmış əlverişli fürsəti əldən vermək istəmirlər. Ona görə də, indidən mübarizəyə qoşulub, namizədlərini müəyyənləşdirməyə çalışırlar.

Abdin Fərzəliyev paytaxt meri uğrunda savaşda

Paytaxt rəhbərliyi uğrunda mübarizə ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı maraqlı məqamlara rast gəldik. İlk olaraq bildirək ki, hazırda namizədlər arasında Sumqayıtın meri Zakir Fərəcov, habelə Gəncənin meri Elmar Vəliyevin və Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin adları çəkilir. Yaxın müddətədək istər mətbuatda, istərsə də sosial şəbəkələrdə az qala hər kəs bir ağızdan deyirdi ki, Bakının gələcək meri Abdin Fərzəliyevdir. Buna mətbuata sızan və ya sızdırılan bəzi məlumatlar da səbəb olmuşdu. Məsələn, ötən il mediada belə bir məlumat yayılmışdı ki, təqaüdə çıxmağa hazırlanaş Bakı meri Hacıbala Abutalıbov öz yerinə Nərimanov RİH başçısı Abdin Fərzəliyevi görür. Digər KİV-lər isə bu məlumatı başqa cür tiralayır, Abdin Fərzəliyevin özünün mer olmağa can atdığını deyirdi. Bir qrup analitik-jurnalistlər də peyda olmuşdu ki, Abdin Fərzəliyevi bu vəzifəyə ən uyğun namizəd olaraq cəmiyyətin gözündə qaldırmağa çalışırdılar. Lakin sən saydığını say… Gör, fələk nə sayır. Məsələ burasındadır ki, hər zaman reputasiyasını qoruyan A.Fərzəliyevlə bağlı ard-arda elə məlumatlar yayıldı ki, keçmişin bu səhifələri onun mer olmaq şanslarını heçə endirmək üzrədir.

"Quska” və Sevinc Babayeva sindromu

Nərimanov icra başçısının keçmişi ilə bağlı yaşadığı ciddi problemlərdən biri onun keçmiş deputat, hazırda Almaniyada mühacirətdə olan Hüseyn Abdullayevlə isti münasibətlərinin olmasıdır. Bununla bağlı cumhuriyyet.az olaraq bildirək ki, Abdin Fərzəliyevin hakimiyyətdəki rəqibləri bu məsələ barədə vaxtaşırı mediaya faktlar ötürürlər. Eyni zamanda bu barədə Prezident Administrasiyasına dosye göndərilib. Bu iddianın nə dərəcədə doğru olduğunu söyləmək çətindir. Amma Hüseyn Abdullayevlə Rövnəq Abdullayev arasında münasibətlərin kəskin olduğu bəllidir. Digər tərəfdən 2005-ci ilin parlament seçkilərində Abdin Fərzəliyev Hüseyn Abdullayevə və hakimiyyətin hədəfində olan başqa bir keçmiş deputata – Rza İbadova dəstək verib. Abdin Fərzəliyev həmin vaxt Nizami rayonunun icra başçısı olub. Rza İbadov isə seçkidə Rövnəq Abdullayevin rəqibi idi.
Abdin Fərzəliyev karyerasında ən böyük narahatlığı Gülər Əhmədova olayında keçirib. Bunun səbəbi isə icra başçısının bu hadisələrdə əsas fiqurlardan olan mərhum Sevinc Babayeva amili idi. İcra başçısı və Sevinc Babayeva münasibətləri ilə bağlı mediada ciddi iddialar səsləndirilib. Lakin o zaman hansı səbəbdən bu fakt diqqətdən kənarda qalıb. Məlumatlara görə, Abdin Fərzəliyevin rəqibləri bu məsələni də yenidən gündəmə gətirmək niyyətindədirlər.

MTN olayında adı hallanıb

Nərimanov İH-nin başçısı A.Fərzəliyevin istintaqda dindirilməsi haqda müfəsəl məlumatlar olmasa da, onun adı tez-tez Eldar Mahmudov dəstəsinin işində keçir. Bu dəfə icra başçısı Mərdəkan qəsəbə sakini Əliyev Əliəsgər Ağababa oğlunun torpaq mübahisəsində iştirakçı olub. MTN generalı Elçin Quliyevin məhkəməsindən sitat: "Elçin Quliyev də sabiq nazirə məruzə etdikdən sonra onu yanına çağıraraq ona nazir Eldar Mahmudovun torpaq sahələrinə çıxarış almaqda köməklik etməsi üçün onun qaynı Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə müraciət etməsini tapşırıb. Bir müddət sonra onun iş yerinə Asif adlı şəxs gələrək onun adına etibarnamə verməyini, torpaq sahələrinin özəlləşdirilməsi ilə onun məşğul olacağını bildirib. O da Elmanın adından Asifə etibarnamə verilməsini tapşırıb, həmin ərəfədə torpaq sahəsinin özəlləşdirilməsi üçün Elçin Quliyev ona 25 000 ABŞ dolları məbləğində pul vermiş və o da həmin pulu Asifə təqdim edib. Lakin özəlləşmə üçün xərc 25000 ABŞ dollarından çox çıxmış, dəqiq olaraq nə qədər pul xərcləndiyini bilməyib və həmin pulu Abdin Fərzəliyev verib. Abdin Fərzəliyev ona bir sot torpaq sahəsinin özəlləşdirilməsi üçün 2000, 50 sot torpaq sahəsinin özəlləşdirilməsi üçün isə 100.000 manat pul lazım olduğunu deyib. O da özü 25.000 manat pul verə biləcəyini deyərək həmin pulu Asif adlı şəxs vasitəsilə Abidin Fərzəliyevə göndərib və qalan xərcləri isə sonuncu özü çəkib”.

Paytaxt meri uğrunda savaşa qatılan icra başçısının karyerasında hədəfə çatmasını əngəlləyən səbəblər bununla bitmir:
– İcra başçısının kreslosunda şəkil çəkdirən uşaq kimdir?
– 11 yaşlı Altunun yarada biləcəyi problemlər;
– Bir yanlışlığın illərlə davam edən izi…

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ