"Qlobal iqtisadiyyatda mənfi proseslər davam etməkdədir”.
7News.az xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının Aqrar inkişaf komissiyasının iclasında komissiyanın sədri Abdolbari Gözəl deyib.
"Neftin qiyməti 50 dolları ötən kimi, ABŞ düyməni sıxır, buruqlar işə salınır, nəticədə neft qiyməti ucuzlaşır. Bu isə bir çox ölkəyə mənfi təsir edir.
Lakin bizim xoşbəxtliyimiz ondadır ki, ölkə başçısı İlham Əliyev bu proseslər başlamadan qeyri-neft sektorunun inkişafına dəstək verdi. Bunun da bəhrəsini görürük”, - deyə o bildirib./apa
7News.az








